RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Ukraynada daha 87 hərbi obyekti vurub

İqor Konaşenkov bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın pilotsuz təyyarələrini və "Toçka-U" raketlərini vurub.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Rusiya Silahlı Qüvvələri (SQ) yüksək dəqiqlikli havadan buraxılan raketlərlə Ukraynanın 4 hərbi obyektini, o cümlədən iki sursat anbarını məhv edib. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
"Gecə saatlarında Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli havadan buraxılan raketləri Ukraynanın 4 hərbi obyektini vurub. O cümlədən, düşmənin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi iki ərazi, həmçinin Xarkov vilayətinin Kurulka və Novaya Dmitrovka rayonlarında iki sursat anbarı məhv edilib ", - deyə Konaşenkov bildirib.
O əlavə edib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın 13 pilotsuz təyyarəsini və iki "Toçka-U" raketini vurub. "Rusiyanın hava hücumundan müdafiə sistemləri Novıy Mir, Oçeretino Mirnoye, Donetsk, Novolyubovka, Balakliya, Kazaçya Lopan qəsəbələrində Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatını vurub", - Konaşenkov qeyd edib.
O vurğulayıb ki, BUK M1 zenit raket kompleksi ilə Zaporojye vilayətinin Tokmak və Xarkov vilayətinin Svatovo yaşayış məntəqələri üzərində iki Ukrayna "Toçka-U" raketi havada vurulub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya aviasiyası bir gecədə Ukraynanın 87 hərbi obyektini vurub.
Xüsusi əməliyyat başlayandan bəri statistika
Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri, Konaşenkovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 583 pilotsuz uçuş aparatı (PUA), 2576 tank və zirehli texnikası, həmçinin 287 reaktiv yaylım atəş sistemini məhv edib.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 141 təyyarə, 110 helikopter, 583 pilotsuz uçuş aparatı, 269 zenit-raket kompleksi, 2576 tank və digər zirehli döyüş texnikası, 287 reaktiv yaylım atəşi sistemi, 1111 ədəd səhra artilleriya silahı və minaatan, o cümlədən 2392 ədəd xüsusi təyinatlı hərbi maşın", - deyə o bildirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.