BAKI, 26 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, aprelin 26-da Bakıda Rusiya və Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək. Bu barədə MDB ölkələri üzrə dördüncü departamentin direktoru Denis Qonçar "RİA Novosti" agentliyinə müsahibəsində bildirib:
"İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın (İƏK) aprelin 26-da Bakıda keçiriləcək 20-ci yubiley iclasına hazırlıq tam sürətlə davam edir".
Onun sözlərinə görə, tərəflər ikitərəfli iqtisadi əməkdaşlığın bütün məsələlərini nəzərdən keçirəcəklər.
"Bizim çoxlu yeni maraqlı və perspektivli layihələrimiz var", - Qonçar əlavə edib.
O xatırladıb ki, aprelin 20-21-də Rusiya Energetika Nazirliyi tərəfindən yanacaq-energetika kompleksi məsələləri üzrə Azərbaycana növbəti rus biznes missiyası təşkil olunub.
Rusiya Federasiyasından olan şirkətlərin Qarabağın bərpasına qoşulması
Qonçar qeyd edib ki, bu, artıq Azərbaycan Respublikasında üçüncü biznes missiyasıdır - ilk ikisi 2021-ci ilin iyul və noyabr aylarında baş tutub və bunun nəticəsində konkret müqavilə sazişləri həyata keçirilir.
Onun sözlərinə görə, Rusiya Federasiyası təsərrüfat subyektlərinin Qarabağın bərpasına cəlb olunmasına böyük əhəmiyyət verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.