AZƏRBAYCAN XƏBƏRLƏRİ

Latviya azad olunmuş ərazilərin minalardan təmizlənməsində iştirak etməyə hazırdır

A.Pabriks iki dövlət arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu deyib.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində latviyalı mütəxəssislər də iştirak etməyə hazırdırlar.
Bunu Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun qəbulunda olarkən bildirib.
Qeyd edək ki, aprelin 26-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Latviya Baş nazirinin müavini, müdafiə naziri cənab Artis Pabriksin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan-Latviya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib
Xatırladaq ki, Azərbaycanda rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pakistanlı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.
Azərbaycan-Latviya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib
Bundan başqa, qardaş Türkiyə Azərbaycana ötən ilin fevralında 20, may ayında isə əlavə 5 ədəd "MEMMAT" (Mexaniki Mina Təmizləmə Təchizatı) mina təmizləyən maşın göndərib. Bunlardan əlavə, Türkiyə Milli Müdafiə Nazirliyi həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it hədiyyə edib. Azərbaycan kinoloqları Türkiyədə mina axtarışı və təmizlənməsi təlimləri keçiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
ANAMA ötən ay azad edilmiş ərazilərdə aşkarlanmış minaların sayını açıqlayıb