FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Çernobıl AES-dəki fəlakət: bütün dünyaya təsir edən qəza

Dəhşətli Çernobıl faciəsindən artıq 36 il ötür.
Sputnik
1986-cı ildə Ukraynanın Kiyev vilayətindəki Çernobıl AES-də baş vermiş qəza zərərin miqyasına və nəticələrinə görə atom elektrik stansiyalarında baş verən ən böyük fəlakətdir. Sputnik Azərbaycan-ın fotolentində Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı arxiv görüntülərinə baxın.
36 il əvvəl, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji blokunda partlayış baş vermiş və reaktor tamamilə sıradan çıxmışdır. Qəza nəticəsində ətraf mühitə radioaktiv maddələr atılıb. Reaktordan çıxan 140 ton radioaktiv yanacağın səkkizi havaya uçub. Təxminən, iki həftə davam edən yanğın nəticəsində onu digər təhlükəli maddələr tərk etməyə davam edib.
Çernobıldakı insanlar atom bombasının partlamasından sonra Xirosima əhalisinə nisbətən 90 dəfə çox radiasiyaya məruz qalıblar.
1 / 15

26 aprel 1986-cı il, şənbə günü saat 01:23:47-də (Moskva vaxtı ilə) Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda partlayış baş verib. Nəticədə reaktor tamamilə, mühərrik otağı isə qismən dağılıb.

2 / 15

Qəza nəticəsində ətraf mühitə radioaktiv maddələr atılıb.

3 / 15

Yanan reaktordan əmələ gələn bulud müxtəlif radioaktiv materialları, ilk növbədə yod və sezium radionuklidlərini Avropanın çox hissəsinə daşıyıb.

4 / 15

Qəza həm ölənlərin və onun nəticələrindən təsirlənən insanların təxmini sayına, həm də iqtisadi ziyana görə nüvə enerjisi tarixində ən böyük qəza kimi qiymətləndirilir.

5 / 15

Aprelin 26-na keçən gecə kəskin şüa xəstəliyinin əlamətləri olan xəstələrin Pripyat şəhərindəki 126 saylı xəstəxanaya aparılmasına başlanılıb. Tibb işçiləri onlara çatdırılan insanların böyük dozada radiasiya aldığını dərhal dərk etməyiblər.

6 / 15

Atom elektrik stansiyasının ətrafındakı 30 kilometrlik təcrid zonasından bütün əhali - 115 mindən çox insan təxliyə edilib.

7 / 15

134 nəfərdə (Çernobıl Atom Elektrik Stansiyasının texniki heyəti və yanğının söndürülməsinə cəlb olunmuş yanğınsöndürənlər) kəskin şüa xəstəliyi aşkar edilib.

8 / 15

Nüvə alimləri şəhəri - Pripyat aprelin 27-də, bir gündə boşaldılıb.

9 / 15

Qəza nəticəsində Şimal yarımkürəsinin bir çox ölkələrinin əraziləri radioaktiv çirklənməyə məruz qalıb, ən böyük pay isə - Rusiya, Ukrayna və Belarusa qismət olub.

10 / 15

Rusiya Federasiyasında 59 min kvadrat kilometrdən çox ərazi çirklənib.

11 / 15

3678 yaşayış məntəqəsinin mövcud olduğu indiki Belarus ərazisinin 23%-i radioaktiv çirklənməyə məruz qalıb.

12 / 15

Rusiya, Ukrayna və Belarusda 8,4 milyona yaxın insan radiasiyaya məruz qalıb.

13 / 15

1986-1990-cı illərdə Çernobıl zonasındakı işlərə Sovet İttifaqının bütün respublikalarından 800 mindən çox mütəxəssis, fəhlə, 600 min hərbi qulluqçu cəlb edilib.

14 / 15

Çernobıl AES-ə düşən sezium və stronsiumun bütün həcmini azaltmaq üçün radioaktiv nüvələrin təsir qüvvəsi hər dövrdə 2 dəfə azaldılmaq şərti ilə ən az 10 dövr müddətində parçalanmalıdır.

15 / 15

Ona görə də Çernobıl torpaqlarının onlardan təmizlənməsinin tarixi ən azı üç əsr davam edəcək.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Çernobıl AES-də soyutma sistemləri adi rejimdə işləyəcək