BAKI, 26 aprel — Sputnik. 22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan millisinin AVRO-2022-də rəqibləri bəlli olub.
Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosova, Niderland və Slovakiya ilə birgə E qrupuna düşüb.
Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosovaya qarşı keçirəcək. Milli ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək. Oyunlar Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosova ev sahibliyi edəcək.
AVRO-2022, Təsnifat mərhələsi
E qrupu
20 may
21:00. Azərbaycan – Kosova
21 may
21:00. Niderland – Azərbaycan
22 may
21:00. Slovakiya – Azərbaycan
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.