MƏDƏNİYYƏT

Azərbaycanda rep festivalı olacaq

Bakıda ilk dəfə olaraq keçiriləcək festivalda reperlərlə yanaşı, DJ-lərin çıxışları da festivala rəng qatacaq.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Azərbaycanda rep festivalı keçiriləcək. 28 may tarixində baş tutacaq tədbirdə bir-birindən tanınmış reperlər səhnə alacaq.
Gecədə Elşad Xose, Paster (Pərviz Quluzadə), Aslıxan (Aslixan Abuçov) , Xpert (Şəhriyar Atababayev), Okaber (Orxan Mustafazadə), Ruzgar, Rio (Riad) və Saybu Swag (Səbuhi Məcnunlu) hit mahnılarını səsləndirəcək.
Həmçinin, DJ-lər MC Remo, DJ TIM və DJ AX-ın da çıxışları festivala rəng qatacaq. Tədbir Elektra Eventsin Hallda baş tutacaq. Konsertə giriş 30 manatdan başlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.