CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib ki, digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq. "Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar", - o qeyd edib.
O, həmçinin qeyd edib ki, bu il Ramazan bayramı namazı ənənəvi qaydada qılınacaq. Artıq bunun üçün icazə verilib. (APA)
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar bayram namazlarının ənənəvi qaydada qılınması məhdudlaşdırılmışdı.
Azərbaycanda Ramazan bayramı mayın 2-si və 3-də qeyd ediləcək.
CƏMİYYƏT
Ayların sultanı Ramazan barədə nə bilirik