RUSİYA

Rusiyanın NTV telekanalı "Sən supersən! 60+" şousunun ikinci mövsümü yayımlayacaq

Beynəlxalq musiqi layihəsində 60 yaşdan yuxarı olan, doğmalarının və dostlarının dəstəyindən məhrum olmuş şəxslər iştirak edirlər.
Sputnik
BAKI, 25 aprel — Sputnik. Tezliklə Rusiyanın NTV telekanalında "Sən supersən! 60+" beynəlxalq musiqi layihəsinin ikinci mövsümü yayımlanmağa başlayacaq. Şouda 60 yaşdan yuxarı olan, doğmalarının və dostlarının dəstəyindən məhrum olmuş istedadlı şəxslər iştirak edəcəklər.
Şounun ikinci mövsümündə kastinqdə Rusiyanın müxtəlif regionlarından, o cümlədən Belarusdan olan 60-82 yaş arası 44 iştirakçı iştirak edirdi.
Gələcək müsabiqə iştirakçıları arasında həm peşəkar musiqiçilər (vokal müəllimləri, müxtəlif konsert təşkilatlarının solistləri, vokalçılar, pianoçu, musiqi müəllimi və dirijor), həm də çilingər, tibb bacısı, heykəltəraş, danışıq janrının sənətçisi və şərabçı kimi digər peşələrin mütəxəssisləri var!
İştirakçılardan biri karate üzrə SSRİ, Avropa və dünya çempionu titulunun sahibidir, digəri isə bu yaxınlarda buzlu suda üzgüçülük üzrə Rusiya çempionatında iki bürünc medal qazanıb!
""Sən Supersən!" layihəsini inkişaf etdirdiyimiz altı il ərzində ən təsirlisi onun iştirakçıların həyatını necə dəyişdiyini görmək olub: onlar burada dostlar tapır, peşəkarlardan əvəzolunmaz məsləhətlər alır və peşəyə ilk addımlarını atırlar. Ancaq "Sən supersən! 60+" layihəsinin hazırlanmasında biz başa düşdük ki, bu yarışmacılar bizim həyatımızı dəyişə bilər! Ulduz münsiflər heyəti istedad və ifa səmimiyyətinə valeh olmuşdular. Tamaşaçılar verlişin ilk bölümdən şounu yüksək qiymətləndiriblər və bu maraq finala qədər zəifləməyib. Layihənin sosial istiqaməti isə yeni sponsorluq və tərəfdaşlıq imkanları üçün möhkəm təməl olub. Burada səmimi və mehriban ab-hava yaranmışdı və bununla təkcə televiziya şousu yaratmaq deyildi, hər anı yaşamaq istəyi idi!", – deyə NTV telekanalının baş prodüseri Timur Vaynşteyn qeyd edib.
"Sən supersən! 60+" verilişin qaydaları sadədir: hər buraxılışda iştirakçılar səhnəyə çıxaraq bəstələr ifa edəcəklər.
Münsiflər heyətindən üç və ya dörd "hə" alanlar gözləmə otağına keçəcəklər: əgər onlardan heç biri yaşıl düyməni basmasa və ya yalnız birini bassa və səslər 2/2-yə bölünsə, o zaman iştirakçı layihəni tərk edir.
Hər proqramın finalında münsiflər heyəti daha da irəli gedənlərin adlarını açıqlayacaqlar. Müsabiqə iki mərhələdən ibarət olacaq: seçmə mərhələ və final.
Xatırladaq ki, "Sən supersən! 60+" verilişi keçən ilin mayında NTV telekanalında yayımlanaraq dərhal həftəsonunun ən yaxşı əyləncə proqramı olub və bütün nümayiş boyu liderliyini saxlayıb.
Proqramın 18 yaş və yuxarı auditoriyada orta payı 11,8%, buraxılışın maksimum payı isə 12,6%-ə çatıb. Layihənin qalibi Moskvadan olan Nina Borisovna Dilon olub.
Şounun yeni mövsümünün aparıcıları Vadim TakmenyovAnastasiya Pak olacaq. Ulduz münsiflər heyətinin adları isə hələlik gizli saxlanılır.
"Sən supersən! 60+" verlişi NTV telekanalında Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu ilə birgə keçirilir. Şou "White Media" şirkəti tərəfindən hazırlanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.