İQTİSADİYYAT

Rubl manat qarşısında beş faiz bahalaşıb

Rubla tələbat artdıqca o, bütün əsas valyutalara nisbətən möhkəmlənir. Rusiya Mərkəzi Bankının həyata keçirdiyi tədbirlər də rublun dəyər qazanmasına təsir göstərir.
Sputnik
BAKI, 25 aprel — Sputnik. Aprelin 25-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 4,8% artaraq 0.0220 manat olub (1000 rubl = 22 manat).
Aprelin 22-də 1000 rubl 21 manat təşkil edib. Başqa sözlə, aprelin 22-si ilə müqayisədə bu gün rubl 1 manat bahalaşıb.
Ötən həftə 1000 rubl manat qarşısında maksimum - 21 manat 10 qəpik olub.
Qeyd edək ki, rubla tələbat artdıqca o, bütün əsas valyutalara nisbətən möhkəmlənir. Rusiya Mərkəzi Bankının həyata keçirdiyi tədbirlər də rublun möhkəmlənməsinə təsir göstərir.
Ümumiyyətlə, Ukraynada hərbi əməliyyatlar başlayan vaxtdan rubl kəskin ucuzlaşsa da, sonralar dəyər qazandığı müşahidə olunur.
Xatırladaq ki, martın 9-da 1000 rubl 13,10 manat olmuşdu. Bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Rubl manat qarşısında yenidən dəyərini itirib