RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Putin və Ərdoğan arasında danışıqlar olacaq

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik
BAKI, 25 aprel - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını bildirib. RİA Novosti-nin xəbərinə görə,bu barədə Ərdoğan bazar ertəsi Türkiyə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
Türkiyə lideri qeyd edib ki, bazar günü o, Vladimir Zelenski ilə danışıqlar aparıb.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya hərbi idarəsində əsas məqsəd Donbasın azad edilməsi adlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.