BAKI, 25 aprel - Sputnik. Rusiya prezidenti Vladimir Putin 2022-2031-ci illəri Elm və Texnologiya Onilliyi elan edib. RİA Novostinin xəbərinə görə, bu barədə müvafiq fərman hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
“2021-ci ildə <...> Elm və Texnologiya İli”nin keçirilməsi zamanı əldə edilmiş nəticələri nəzərə alaraq, 2022-2031-ci illəri <...> Elm və Texnologiya Onilliyi elan etmək qərarına gəlirəm”, - deyə sənəddə bildirilir.
Dövlət başçısının sözlərinə görə, belə bir addım aşağıdakı məqsədləri güdür:
istedadlı gənclərin tədqiqat və inkişaf sahəsinə cəlb edilməsi;
cəmiyyətin və ölkənin inkişafının ən mühüm vəzifələrinin həllinə alimlərin və tərtibatçıların cəlb edilməsinə köməklik;
rus elminin nailiyyətlərinə və perspektivlərinə əlçatanlığın artırılması.
Yuxarıda qeyd olunanlara nail olmaq üçün müvafiq Koordinasiya Komitəsi yaradılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.