DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlon Mask Twitter-i satın alıb

Bir müddət əvvəl Amerikalı sahibkar “Twitter”in bütün səhmlərinin hər birini 54,2 dollara almağa hazır olduğunu bəyan edib.
Sputnik
BAKI, 25 aprel - Sputnik. SpaceX və Tesla şirkətlərinin banisi İlon Mask Twitter-i qırx dörd milyard dollara satın alır. Bu barədə RİA Novosti xəbər yayıb.
"Twitter, Inc." bu gün elan etdi ki, bütövlükdə İlon Maska məxsus olan bir şirkət tərəfindən səhm üçün 54,2 dollara, təxminən 44 milyard dollar dəyərində bir sövdələşməyə alınacaq", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl "Twitter"in səhmdarı Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid bin Təlal İlon Maskın sosial şəbəkənin səhmlərinin hamısını (100%) almaq təklifini rədd edib.
Səhmdar şəhzadə, bu məbləğin "Twitter"in real dəyəri ilə müqayisədə uyğunsuz olduğunu hesab edib.

Amerikalı sahibkar və dünyanın ən varlı adamı İlon Mask “Twitter”in bütün səhmlərinin hər birini 54,2 dollara almağa hazır olduğunu bəyan edib.
Bu barədə onun ABŞ Qiymətli Kağızlar Komissiyasına təqdim etdiyi müraciətdə deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.