RUSİYA

Blinken: ABŞ Rusiya ilə danışıqlarda Ukraynaya kömək edəcək

Rusiya ilə danışıqlar zamanı ABŞ-ın Ukraynaya yardımı.
Sputnik
BAKI, 25 aprel — Sputnik. Vaşinqton Moskva ilə danışıqlar prosesində Kiyevə kömək edəcək. RİA Novosti xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya səfərinin yekununda bildirib.
"Biz ukraynalılara mümkün olan ən yaxşı şərtlərlə və mümkün qədər tez bu münaqişəni sona çatdırmaq üçün əlimizdən gələni etmək istəyirik. Hazırda gördüyümüz işlərin əksəriyyəti onların döyüş meydanında və bu və ya digər şəkildə danışıqlar masasında gücləndirilməsidir", - deyə Blinken NBC telekanalın yayımladığı mətbuat konfransında bildirib.
O, və Pentaqonun rəhbəri Lloyd Ostin Ukrayna hökuməti ilə bu ölkəyə iqtisadi yardım və ölkənin təhlükəsizliyi məsələlərini müzakirə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
İlham Əliyevə ABŞ-dan gözlənilməz zəng: Dövlət katibi Blinken Azərbaycana təşəkkür etdi