BAKI, 25 aprel — Sputnik.
Azərbaycan Avroviziya bukmeykerlərinin proqnozunda dörd pillə geriləyib. Belə ki, ölkə təmsilçisi Nadir Rüstəmlinin ifa etdiyi "Fade to black" mahnısı 21-ci sıradan kənarlaşıb. Nadir İspaniyada keçirilən partidəki canlı çıxışından sonra 25-ci olub.
Proqnozlara görə, Nadir ikinci yarımfinaldan finala keçəcək.
Azərbaycan "Fade to black" mahnısı təqdim olunana kimi reytinqdə 13-cü olub. Martın 21-dən sonra isə geriləyərək top 20-dən çıxıb.
Onu da bildirək ki, Avroviziya-2022 mahnı müsabiqəsinin məşqlər cədvəli ictimaiyyətə təqdim olunub. İlk məşq aprel ayının 30-da Albaniya ilə start götürəcək. Daha sonra isə çıxış sıralamasına uyğun olaraq digər ölkələr də Turin səhnəsində ilk çıxışlarını edəcək.
Ölkəmizi təmsil edən Nadir Rüstəmli isə 2 may tarixində Bakı vaxtilə təxminən saat 14:00-da ilk məşqi üçün səhnəyə çıxacaq.
Nəhayət, 9 mayda ilk yarımfinal iştirakçıları üçün ailə şousu, geyim məşqləri və jüri yarımfinalı baş tutacaq. 11 mayda isə eyni proqram ikinci yarımfinal üçün baş tutacaq. Böyük final məşqləri və münsif finalı 13 mayda baş tutacaq.
Yarımfinalistlərin ikinci məşqi 4 mayda başlayıb 6 mayda bitəcək. 7 maydan etibarən isə birbaşa finalçılar öz məşqini edəcək.
Xatırladaq ki, bu il Avroviziya mahnı müsabiqəsində Azərbaycanın çıxışı üzərində işləyəcək quruluşçu rejissorun adı açıqlanıb. Azərbaycanı təmsil edəcək Nadir Rüstəmlinin səhnə performansları ilə Avropada və dünyada məhşur olan danimarkalı Mads Enqqaarddır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.