RUSİYA

Putin pravoslav xristianları Pasxa bayramı münasibətilə təbrik edib

Dövlət başçısı Rus Pravoslav Kilsəsinin zəngin tarixi, mədəni, mənəvi ənənələrin qorunub saxlanmasına dair fəaliyyətini yüksək qiymətləndirib.
Sputnik
BAKI, 24 aprel - Sputnik. Rusiya prezidenti Vladimir Putin pravoslav xristianları və Pasxa bayramını qeyd edən bütün Rusiya vətəndaşlarını təbrik edib. Bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Təbrikdə prezident qeyd edib ki, bu bayram insanları yüksək mənəvi ideallar ətrafında birləşdirir.
"Bu böyük bayram pravoslav xristianları, Məsihin dirilməsini qeyd edən bütün Rusiya vətəndaşlarını yüksək mənəvi ideallar və dəyərlər ətrafında birləşdirir, insanlarda ən parlaq hisslər, həyatın, xeyirxahlığın və ədalətin təntənəsi inamını oyadır", - deyə təbrikdə bildirilir.
Dövlət başçısı, həmçinin Rus Pravoslav Kilsəsinin və digər xristian konfessiyalarının ən zəngin tarixi, mədəni, mənəvi ənənələrin qorunub saxlanmasına, ailə institutunun möhkəmləndirilməsinə, gənc nəslin maarifləndirilməsinə yönəlmiş yaradıcı, səmərəli fəaliyyətini qeyd edib.
Bundan əlavə, Vladimir Putin vurğulayıb ki, ən səmimi etirafa xristian dini təşkilatlarının sosial, xeyriyyəçilik fəaliyyəti və çətin anlarda qayğı və dəstəyə ehtiyacı olanlara səmərəli yardım göstərmək istəyi təqdirəlayiqdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Prezident Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib