RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Moskva və Minsk Qərbin sanksiyalarına necə cavab verəcəyini bilirlər - Zaxarova

Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalar Belarusa da təsirsiz ötüşməyib.
Sputnik
BAKI, 24 aprel - Sputnik. Moskva və Minsk uzun illərdir ki, Qərbin sanksiyaları altındadır və onlara necə cavab verəcəklərini bilirlər. RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Moskva və Minsk uzun illərdir ki, sanksiyalar altında yaşayır, ona görə də biz buna necə cavab verəcəyimizi bilirik", - deyə Zaxarova bazar günü Belarusun ONT telekanalına müsahibəsində, Qərbin sanksiyaları fonunda inteqrasiyanın intensivləşməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Xin nümayəndəsi deyib ki, “güc birlikdədir”.
Zaxarova onu da əlavə edib ki, Qərb Rusiyanın siyasətini kökündən rədd etmək bəhanəsi ilə sanksiyalar tətbiq edir.
Lakin onun sözlərinə görə, Kuba və Venesuela nümunələri göstərir ki, Qərbin “prinsipiallığı” Qərb siyasətçilərinin öz cari problemlərini və vəzifələrini həll etməli olduqları bir anda buxarlana bilər.
Fevralın 24-də Rusiya Ukraynanın demilitarizasiyası üçün hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. Buna cavab olaraq Qərb ölkələri bir sıra yeni anti-Rusiya sanksiyaları tətbiq ediblər. Bir çox xarici şirkətlər Rusiya Federasiyasında fəaliyyətini dayandırıb. Məhdudlaşdırıcı tədbirlər Qərbin Ukraynada Rusiya hərbi xüsusi əməliyyatına dəstək verməkdə ittiham etdiyi Belarusa da təsir edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.