MƏDƏNİYYƏT

Gənc rəssamın əsərləri sərgidə - FOTO

Sərgidə rəssamın yağlı, sulu və quaş boya, karandaş, ağ kömür, qara qələm və soft pastellə çəkdiyi rəsmləri, portret, mənzərə, natürmort janrında əsərləri nümayiş olunub.
Sputnik
BAKI, 24 aprel — Sputnik. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda rəssam Ramazan Məmmədlinin sərgisi baş tutub. Sərgi Azərbaycanın görkəmli siyasi xadimi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub.
"Ulu öndərə ehtiramla" adlı rəsm sərgisində rəssamın portret, mənzərə, natürmort janrlarında çəkdiyi əsərləri nümayiş olunub.
Sərgidə ümummilli lider Heydər Əliyevin, Atatürkün, Vətən müharibəsi şəhidlərinin və başqa tanınmış simaların karandaş və qələmlə çəkilmiş təsvirləri xüsusilə diqqət cəlb edib.
Bundan başqa, rəssamın müharibə qurbanı olan uşaqlar haqqında çəkdiyi əsərlər hər kəsin marağına səbəb olub. Rəssam həmin əsərlərdə müharibədən əziyyət çəkən uşaqları təsvir edib. Gənc rəssam həmin əsərlərdə Xocalı soyqırımında, ötən il Gəncədə və Bərdədə ermənilərin törətdikləri terror zamanı yaralanan və valideynlərini itirən uşaqları təsvir edib.
Sərginin açılış tədbirində universitetin prorektorları, fakültə dekanları, müəllimlər, tələbənin ailə üzvləri və tələbələr iştirak ediblər. Onu da qeyd edək ki, sərgidə 45 rəsm əsəri nümayiş olunub.
Məlumat üçün bildirək k, müsahibizin ilk təhsilini Turizm kollecində, reklamçılıq fakültəsində alıb. Rəssamlıq Akademiyasına qəbul olunsa da təhsil haqqı yüksək olduğundan bu sevdadan əl çəkən gənc rəssam hazırda Memarlıq və İnşaat Universitetində menecmentlik üzrə təhsil alır.
Ramazan Albaniyanın Tirana şəhərində keçirilən "Əbədi gənc olmaq və olmamaq" adlı beynəlxal rəsm sərgisinə qatılıb və həmin əsər qalib olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.