DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransada seçkilərin ikinci turunda seçici fəallığı 64% təşkil edib

Aprelin 10-da keçirilən birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50 %-dən çox dəstək almayıb. Buna görə də maksimum nəticə göstərən iki namizədin iştirak etdiyi ikinci tur təyin olunub.
Sputnik
BAKI, 24 aprel - Sputnik. Fransada keçirilən prezident seçkilərinin ikinci turunda yerli vaxtla saat 17.00-a (Bakı vaxtı ilə 19.00) seçici fəallığı 63,23% təşkil edib. Bu barədə RİA Novosti məlumat yayıb.
Prezident seçkilərinin ikinci və həlledici turunun keçirildiyi Fransada bazar günü yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 10:00) seçki məntəqələri açılıb.
Fransanın hazırkı prezidenti Emmanuel Makron və ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen növbəti beş il ərzində dövlətə rəhbərlik etmək hüququ uğrunda mübarizə aparır.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, seçkilərin ikinci turunda qyedə alınan 63,23%-lik seçici fəallığı 2017-ci ildəki seçkilərdəki analoji dövrlə müqayisədə azdır. Belə ki, həmin vaxt seçici fəallığı 65,3% olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.