DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İkinci turda 57,6% səs toplayan Makron seçkilərdə liderdir

Aprelin 10-da keçirilən birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50 %-dən çox dəstək almayıb. Buna görə də maksimum nəticə göstərən iki namizədin iştirak etdiyi ikinci tur təyin olunub.
Sputnik
BAKI, 24 aprel - Sputnik. Fransada keçirilən prezident seçkilərində Makron 57,6% səslə liderdir.
Bu barədə RİA Novosti Fransa mediasına istinadən istinadən xəbər verir.
Fransada prezident seçkilərinin ikinci turu üçün seçki məntəqələri yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 22.00) bağlanıb, səslərin hesablanması başlayıb.
Prezident seçkilərinin ikinci və həlledici turunun keçirildiyi Fransada bazar günü yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 09:00) seçki məntəqələri açılıb.
Növbəti beş il ərzində dövlətə başçılıq hüququ uğrunda hazırkı prezident Emmanuel Makron və ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen mübarizə aparıb.
Fransız kommunalarının əksəriyyətində seçki məntəqələri yerli vaxtla saat 19.00-a qədər (Bakı vaxtı ilə 21.00), Paris, Lion, Marsel, Nitsa, Bordo, Tuluza və digərləri də daxil olmaqla böyük şəhərlərdə seçki məntəqələri bir saat sonra - 20.00-da (Bakı vaxtı ilə 22.00) bağlanıb.
Fransa Daxili İşlər Nazirliyinin saat 17.00-a (Bakı vaxtı ilə 19.00) məlumatına görə, səsvermədə qeydiyyatda olan seçicilərin 63,23%-i iştirak edib ki, bu da 2017-ci ildəki seçkilərin eyni dövrü ilə müqayisədə azdır - o zaman seçici fəallığı 65,3% təşkil edib.
Fransa prezidenti ümumi birbaşa gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. Seçkilərdə 49 milyona yaxın seçici iştirak edə bilər.
Səsvermə iki turda keçirilir, birincisi aprelin 10-da keçirilib, 12 namizəd iştirak edib. Makron və Le Pen ikinci tura keçiblər.
Seçkilərin birinci turunda səsvermənin nəticələrinə görə, hazırkı prezident 27,84 faiz, “Milli Assosiasiya”nın lideri 23,15 faiz səs toplayıb.
***
Belçikanın LN24 telekanalı sorğu məlumatlarına istinadən bildirir ki, Emmanuel Makron Fransada keçirilən prezident seçkilərinin ikinci turunda 55%-dən 58%-ə qədər səs toplayaraq liderdir.
İfrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen 42-45% səs toplayır.
Telekanal yerli vaxtla saat 17:00-a qədər (Bakı vaxtı ilə 19:00) səs verən fransızlar arasında "dörd nüfuzlu ictimai rəyin öyrənilməsi mərkəzi"nin sorğusunun məlumatlarına istinad edir.
Fransada səsvermə başa çatana qədər hər hansı ilkin səsvermə məlumatlarını və ya sorğu nəticələrini dərc etmək qadağandır.
Lakin bu məhdudiyyət digər ölkələrin mediasına şamil edilmir. Seçki məntəqələri bazar günü saat 08:00-da açılıb.
Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq, bundan sonra Fransada ilkin məlumatların dərcinə başlanacaq. Fransa prezidenti beş il müddətinə seçilir.
Səsvermədə 49 milyona yaxın vətəndaş iştirak edə bilər. Birinci tur aprelin 10-da keçirilib, orada 12 namizəd iştirak edib.
Makron və Le Pen ikinci tura keçiblər. Birinci turda hazırkı dövlət başçısı 27,84%, “Milli Assosiasiya”nın lideri 23,15% səs toplayıb.
RİA Novosti
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.