SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Bakıya gəlib

Endrü Şofer Bakıya səfər etməzdən əvvəl Yerevanda olub.
Sputnik
BAKI, 24 aprel - Sputnik. ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endrü Şofer Bakıda səfərdədir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Şofer aprelin 24-dən 29-dək Azərbaycan paytaxtında qalacaq.
Amerika diplomatik missiyasının məlumatında ​​qeyd olunur ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda dinc, demokratik və firavan gələcəyə kömək etmək üçün ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığa sadiqdir.
Qeyd edək ki, Bakıya gəlməzdən əvvəl Şofer Ermənistanda səfərdə olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.