Bir gün əvvəl paytaxtdakı bütün pravoslav kilsələrində möminlər birlik ayinindən keçə, Pasxa şirniyyatlarını və Pasxa yumurtalarını təqdis edə bilərdilər.
Səhər ayinindən sonra və gün ərzində Pasxa yeməklərini təqdis etmək ənənəsi davam edir.
Pasxa xristianların ən vacib və sevincli bayramlarından biridir - İsa Məsihin dirilməsi günüdür. Bu hadisə xristian dininin əsasını və mahiyyətini təşkil edir.
Bu gün insanlar həm ölüm üzərində qələbəni, həm də dünyanın və ruhun yenilənməsini qeyd edirlər. Yenidən doğulmağı, yeniləşməni və mərhəmət hisslərini təcəssüm etdirən Pasxa insanların qəlbində gələcəyə inam və ümid hissi oyadır, onları xeyirxahlığa səsləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.