RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zaxarova: Consonu hərbi sirri açmaqda ittiham edirlər, ancaq...

Rusiya XİN rəsmisi "Telegram"da yazıb ki, Qərb ölkələrinin hərbi təlimatçıları əslində Ukraynada hərbi əməliyyatları idarə edir
Sputnik
BAKI, 23 aprel — Sputnik. Polşa, Britaniya, Amerika, Kanada və digər “təlimatçılar” uzun müddətdir Ukraynada neonasist yaraqlılarına “çobanlıq edir” və əslində onlar təlimatçılar deyil, NATO ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndələridir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
XİN nümayəndəsi qeyd edib ki, Polşa qoşunlarının keçmiş komandanı Valdemar Skşipçak Britaniyanın Baş naziri Boris Consonu NATO-nun hərbi sirlərini açıqlamaqda ittiham edib.
O, 20 britaniyalı SAS təlimatçısının artıq Lvov vilayətində Ukrayna əsgərlərinə NATO-nun silahlarından istifadə etmək üçün təlim keçməsi barədə məlumatın məxfi olduğunu və buna görə də açıqlana bilməyəcəyini bildirib.
"Uzun müddətdir ki, bu barədə gizli heç nə yoxdur. Polşa, Britaniya, ABŞ, Kanada və digər "təlimatçılar" uzun müddətdir ki, neonasist yaraqlılarını idarə edirlər. Onlar heç də təlimatçı deyillər. Bunlar NATO ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndələridir. Həmin “təlimatçılar” onlarla yox, yüzlərlə və minlərlədir. Əgər hər şeyi öz adı ilə çağırırsınızsa, bilməlisiniz ki, onlar Ukraynada hərbi əməliyyatların idarə edilməsində iştirak edirlər”, - Zaxarova rəsmi "Telegram" kanalında yazıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.