HADİSƏ

Qubadlıda minaya düşən şəxsin ayağı amputasiya olunub

Tovuz rayon sakini Bəybala Nəsibov bir ayağını itirib.
Sputnik
BAKI, 23 aprel - Sputnik. Aprelin 22-də Qubadlı rayonunun Teymur Müskanlı kəndində minaya düşən şəxsin ayağı amputasiya olunub.
"Report"un məlumatına görə, ağır xəsarətlər alan Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Nəsibov Bəybala Cəbrayıl oğlu Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.
Həkimlərin dediyinə görə, onun sol ayağı amputasiya olunub, huşu özündədir və hazırda vəziyyəti orta-ağır olaraq qalır.
Qeyd edək ki, B.Nəsibov Qubadlıda avtomobil yolunun tikintisində çalışırmış. O, işdən çıxıb qayıdan zaman yolda piyada əleyhinə minaya düşüb.
Faktla bağlı Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.
CƏMİYYƏT
Minaya düşənlərin statistikası açıqlandı
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.