RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Sükut rejimi tətbiq etməyə hazırıq - Rusiya MN

General-polkovnik Mixail Mizintsev bildirib ki, işarələr aşkar edilərsə, Rusiya Silahlı Qüvvələri döyüş əməliyyatlarını dərhal dayandıracaq.
Sputnik
BAKI, 22 aprel — Sputnik. Rusiya hər an Ukrayna hərbçilərinin, o cümlədən mülki şəxslərin Mariupoldakı "Azovstal" zavodunun ərazisindən təxliyəsi üçün sükut rejimi tətbiq etməyə hazırdır. Bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, Milli Müdafiə İdarəetmə Mərkəzinin (MMİM) rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib.
"Sırf humanist prinsipləri rəhbər tutaraq və Ukrayna tərəfinin “Azovstal”da mülki şəxslərin guya olması ilə bağlı davam edən iddialarına cavab olaraq, biz bir daha bəyan edirik ki, Rusiya hər an mülki şəxslərin (əgər bunlar faktiki olaraq zavodun yeraltı qurğularında yerləşirsə), habelə silahlarını yerə qoymaq istəyini bildirmiş Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının, millətçi batalyonların yaraqlılarının, o cümlədən yaralı Ukrayna hərbçilərinin evakuasiyası üçün sükut rejimi tətbiq etməyə və humanitar fasilə elan etməyə hazırdır", - deyə Mizintsev bildirib.
Mixail Mizintsev
"Humanitar fasilənin faktiki başlanğıcı Ukrayna silahlı birləşmələri tərəfindən “Azovstal”ın bütün perimetri boyunca və ya müəyyən istiqamətlərdə ağ bayraqların qaldırılmasıdır. Əgər “Azovstal” metallurgiya zavodunun hər hansı istiqamətlərində belə işarələr aşkar edilərsə, Rusiya Silahlı Qüvvələri döyüş əməliyyatlarını dərhal dayandırır və humanitar konvoyların toplaşdığı yerlərə təhlükəsiz girişi təmin edir", - deyə o bildirib.
Xatırladaq ki, ötən gün Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Mariupoldakı "Azovstal" zavoduna hücumun üç-dörd gün çəkəcəyini bildirmişdi.
Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib ki, katakombalara girməyə ehtiyac yoxdur, "Azovstal"dakı sənaye zonasını bağlamaq lazımdır ki, milçək də uçmasın.
O qeyd edib ki, daha çox əsgər və zabitlərin həyat və sağlamlığının qorunması haqqında düşünmək lazımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.