VİDEO

Bu kənddə 2 mindən artıq motosiklet var: Sovet dövrünün yadigarları etibarlı köməkçilərdir

Zaqatalanın Danaçı kənd sakinləri çoxdandır atları motosikletlə əvəz ediblər. Çünki gediş-gəliş və kənd təsərrüfatı işləri üçün ondan daha sərfəli nəqliyyat vasitəsi hələ rastlarına çıxmayıb.
Sputnik
Zaqatalanın Danaçı kəndində əsas nəqliyyat vasitəsi motosiklet və velosipeddir. Əsas məşğuliyyət bağçılıq, əkinçilik və maldarlıq olan bu kənddə demək olar ki, hər evdə bir-iki motosiklet var.
Rayon mərkəzindən 25 kilometr aralıda yerləşən bu ucqar kəndin sakinləri ən çox Rusiya istehsalı olan "İJ" markalı qoşqulu motosikletə üstünlük verirlər.
Kənd sakinlərinin sözlərinə görə, ötən əsrin 80-ci illərindən etibarən təsərrüfat işlərini səmərəli görmək üçün at arabalarını qoşqulu motoskletlərlə əvəz etməyə başlayıblar. Onlar bu nəqliyyat vasitəsinin hər baxımdan daha sərfəli olduğunu qeyd edirlər.
Hazırda kənddə iki mindən artıq motosiklet var. Normal motosikleti təqribən 1500-2000 manata almaq mümkündür. Daha az yanacaq sərf edən bu motosikletləri digər nəqliyyat vasitələrinin çətinlik çəkdiyi daşlı, kəsəkli və dar yollarda da sürmək mümkündür.
Ərazi baxımından rayonun ən böyük kəndlərindən olan Danaçıda sakinlər kənd təsərrüfatı işlərini görməklə yanaşı, başqa ərazilərə getmək üçün də motosiklet və velosipeddən istifadə edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.