BAKI, 22 aprel — Sputnik. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə iki ölkə arasında əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq. Bunu rusiyalı politoloq, Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Sergey Markov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyanın bir-birinə zidd mövqedə olan ölkələrlə belə "heyrətamiz əlaqələndirmə" həyata keçirməyi bacaran dahi liderlərindən biridir.
"Prezident İlham Əliyev Azərbaycana möhtəşəm qələbələr bəxş etmiş, diplomatik uğurları təmin edən dahi dövlət xadimidir", - Markov deyib.
Rusiyalı politoloq bildirib ki, ölkələrimizin prezidentləri yaxın dostdurlar.
"Ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunur. Amma xalqlarımızın dostluğu əsrlərdir davam edir", - politoloq bildirib.
Xatırladaq ki, fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayıblar. Bu sənəddə müxtəlif sahələrə dair 40-dan çox müddəa var.
Azərbaycan və Rusiya arasında diplomatik münasibətlər isə 1992-ci ilin 4 aprelində qurulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.