RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

ABŞ Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını ləngitmək istəyir - XİN

RF xarici siyasət idarəsinin rəsmisi Birləşmiş Ştatların Ukraynadakı məqsədlərindən birini açıqlayıb.
Sputnik
BAKI, 22 aprel - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktor müavini Sergey Koşelev bildirib ki, ABŞ Ukraynaya silah tədarükünü artırmaqla Rusiyanın xüsusi əməliyyatını ləngitməyə çalışır, lakin Kiyevin vəziyyəti ümidsizdir.
"ABŞ administrasiyası nümayəndələrinin Kiyevli həmkarlarının ümidsiz vəziyyətinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri üçün kütləvi silah və hərbi texnika tədarükünü davam etdirmək niyyətləri barədə artan bəyanatları bizi getdikcə daha çox narahat edir. Hesablama aydındır: Bizim xüsusi əməliyyatımızı ləngitmək, Rusiya silahlı qüvvələrinə maksimum ziyan vurmaq”, - deyə Koşelev Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının təşkil etdiyi “Rusiya-Amerika münasibətlərində böhran” mövzusunda dəyirmi masada deyib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
RF XİN: NATO-nun Ukraynadakı hərbi yükləri hədəf sayılacaq