RUSİYA

Rusiyadakı qeyri-dövlət pensiya fondlarının vəziyyəti sabitdir - Nabiullina

Qurum rəhbəri vəsaitlərin uzun müddətə yatırıldığı üçün özəl pensiya fondlarının səhm və istiqraz bazarındakı dəyişkənliklərə tab gətirə bildiyini deyib.
Sputnik
BAKI, 21 aprel — Sputnik. "Rusiyanın qeyri-dövlət pensiya fondları (QDPF) bu gün sabitdir, əmanətlər yalnız rubl aktivlərinə yatırılıb, ona görə də xarici sanksiyalar onlara böyük təsir göstərməyib". RİA Novosti xəbər verir ki, belə bir açıqlama ilə Rusiya Bankının sədri Elvira Nabiullina Dövlət Dumasında çıxış edib.
"Bu gün qeyri-dövlət pensiya fondları stabil vəziyyətdədir. Pensiya yığımları yalnız rubl aktivlərinə yatırılıb və buna görə də sanksiyalar və valyuta riskləri ən az miqdarda bu maliyyə institutuna dəyib", - deyə qurum rəhbəri bildirib.
Üstəlik, pensiya fondları vəsaitləri birdən ödəmir, vəsaitlər uzun müddətə yatırılır və buna görə də bu, QDPF-lərə səhm və istiqraz bazarının dəyişkənliyindən daha asan tab gətirməyə imkan verir, - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
SWIFT-in Rusiya analoquna 52 xarici təşkilat qoşulub