BAKI, 21 aprel — Sputnik. 22 aprel 2022-ci il tarixində Moskvada Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş "Rusiya və Azərbaycan – dostluq, əməkdaşlıq və hörmət" adlı dəyirmi masa keçiriləcək.
Təşkilatçıların verdiyi məlumata görə, dəyirmi masa çərçivəsində aşağıdakı məsələlərin müzakirə olunacağı gözlənilir:
Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinin yekunları.
Gələcək üçün Azərbaycan və Rusiyanın qarşısında duran vəzifələr. Hansı problemləri həll etmək lazımdır və hansı sahələrdə müsbət irəliləyiş əldə etmək olar?
Post-münaqişə dövründə tənzimlənmə prosesi.
Rusiya və Azərbaycan vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqəsi. Azərbaycandakı rus icmasının və Rusiyadakı azərbaycanlı icmasının mövqeyi. Münasibətlərin daha da yaxşılaşdırılması üçün nə etmək olar?
Qlobal dünyada gedən sürətli geosiyasi dəyişikliklər kontekstində Rusiya və Azərbaycan.
Dəyirmi masa Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Müasir Beynəlxalq Problemlər İnstitutu, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi və Siyasi Araşdırmalar İnstitutunun dəstəyi ilə keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.