RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Kiyevə antikvar "hücum" silahlarının tədarükü: hər şey müharibənin ayağına yazılacaq

Vaxtı keçmiş silahları Ukraynaya tədarük edərək bunu yardım kimi izah edənlərin sonda necə izahat verəcəkləri maraqlıdır.
Sputnik
BAKI, 21 aprel — Sputnik. Köhnəlmiş silahların şişirdilmiş qiymətlərlə Kiyev rejiminə kütləvi şəkildə "ötürülməsi" NATO-nun Avropa ölkələrinə ordularını daha sürətli modernləşdirməyə imkan verəcək, ABŞ-ın hərbi-sənaye kompleksi yeni sifarişlərdən daha çox qazanc əldə edəcək. Ukrayna onilliklər ərzində kollektiv Qərbin bu "həyat bayramı"nı ödəməli olacaq, çünki lend-liz hədiyyə deyil, kreditdir. Çox təhlükəli biznesdir.
ABŞ və NATO Ukraynada münaqişənin genişlənməsinə və uzadılmasına mərc edir. Bunu Vaşinqtonun Kiyev rejiminə 800 milyon dollarlıq yeni hərbi yardım paketi ilə təmin etmək planları (bir həftə əvvəl olduğu kimi), müttəfiqlərin Ukrayna Silahlı Qüvvələrinə qırıcı təyyarələr verməsi ilə bağlı Pentaqonun bəyanatı və Almaniya kanslerinin Rusiyanın Ukraynada qalib gəlməsinin qarşısını almağa çağırışı sübut edir.
Ukrayna komandanlığı döyüşə hazır qırıcıların tədarükü ilə bağlı məlumatları tələsik təkzib edib, guya bunlar ehtiyat hissələri və ya "konstruktor"dur. Ancaq Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözü - sərçə deyil, uçdu – tuta bilməzsən. "Global Firepower" hərbi gücünün qərb reytinqinin məlumatına görə, Rusiya xüsusi əməliyyatı başlamazdan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri 98 ədəd zərbə təyyarəsi və 32 hərbi nəqliyyat aviasiyasına malik idilər.
Rusiya hava hücumundan müdafiə sistemləri aprelin 20-dək Kiyev rejiminin 140 təyyarəsini məhv edib. Ukrayna Silahlı Qüvvələrinin onlarla yüksək normativli qırıcılarının və hücum təyyarəsinin Ukrayna səmasında görünməsi yalnız Şərqi Avropa ölkələri tərəfindən çatdırılma ilə izah edilə bilər. Ola bilsin ki, aerodromlar və pilotlar da Ukraynaya aid deyil.
Eyni zamanda Rumıniya Ukraynaya 30 ildən artıq istismarda olan 10-12 antikvar MiQ-21 "Lancer" döyüş qırıcılarını satmağa razılıq verib. Bu yaxınlarda Bolqarıstan, Polşa və Slovakiya Ukrayna Silahlı Qüvvələrinə 70 ədəd sovet istehsalı olan MiQ-29 qırıcılarını və Su-25 hücum təyyarələrini sərfəli şəkildə satmaq niyyətində idilər. Bunun üçün amerikalılar müttəfiqləri ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsindən çıxarılan daha müasir F-16 təyyarələri ilə təmin etməyə söz veriblər.
Ayrı-ayrı NATO ölkələri Kiyev rejimini silahla təmin etməklə faktiki olaraq Rusiya qarşı silahlı münaqişənin tərəfinə çevrilirlər və bununla böyük risk altına girirlər.
Silahlara əlvida
Ukraynaya silah axını keyfiyyət və güc üzərində kəmiyyətin açıq üstünlüyünü nümayiş etdirir. "Tərəfdaşlar" silah və sursatları saxlama və ya istismar müddətləri həddində tədarük edirlər.
"Bloomberg" agentliyi Almaniyanı nümunə kimi qeyd edərək tədarük prinsipini izah edib: bu ölkə Şərqi Avropa ölkələrinə nisbətən müasir tanklar ötürəcək, sonuncu qalanları isə SSRİ dövründən olan zirehli texnikaları Kiyev rejiminə göndərəcək. Bundan əlavə, Çexiya Ukrayna Silahlı Qüvvələrinin zədələnmiş zirehli texnikanın "Czechoslovak Group" müəssisəsində təmirinə razılıq verib. Əlbəttə ki, sxemə görə: mal - pul.
Kiyev rejiminin uzun sürən "cançəkişməsi" NATO-nun Avropa ölkələrinə antikvar silahlardan tez bir zamanda qurtulmağa imkan verəcək, Pentaqon istismardan çıxarılan hərbi texnikanın utilizasiyasına qənaət edəcək, ABŞ hərbi-sənaye kompleksi yeni sifarişlərdən əhəmiyyətli gəlir əldə edəcək. Kiyev onilliklər ərzində NATO-nun "dəstəyi" və ABŞ-ın lend-lizi (əgər Ukrayna dövlətçiliyini qoruyub saxlasa) üçün ödəyəcək.
Pentaqon aprelin 19-da zərbə təyyarələrini və ehtiyat hissələrini Ukraynaya göndərdiyini etiraf edib. Bu maşınların texniki vəziyyətinin qənaətbəxş olmamasına baxmayaraq, Slovakiya hökumətində 11 ədəd MiQ-29AS qırıcılarının Ukraynaya verilməsi müzakirə olunub. Rumıniya Ukraynaya "əbədi" MiQ-21 "Lancer" qırıcılarını satmağa hazırdır. Martın əvvəlində Ukraynanın hava hücumundan müdafiəsi belə bir təyyarəni səhvən vurub və Sputnik hadisəni ətraflı araşdırıb.
Qeyd edək ki, USQ-nin mütəxəssisləri Rumıniya istehsalı olan MiQ-21-lərin döyüş potensialını sıfır kimi qiymətləndiriblər, lakin pul və antikvarların (silahların) axınına başqa adamlar nəzarət edir. Varşava Müqaviləsi dövründəki zirehli texnikanın texnoloji səviyyəsini daha əvvəl qiymətləndirmişik.
Kiyev rejimi daha yaxından baxılması lazım olan Qərb silah modellərini də alır. Məsələn, ingilislər Ukraynanın hava hücumundan müdafiə sistemini 1980-ci illərin sonunda FV4333 "Stormer" zirehli transportyorunun bazasında yaradılmış "Starstreak" (Stormer Air Defence) zenit-raket kompleksi ilə gücləndirmək niyyətindədirlər.
Hava hədəflərinin məhv edilməsinin reklam diapazonu - 5000 m-ə qədər yüksəklikdə 300-dən 6000 m-ə qədər - döyüş şəraitində sınaqdan keçirilməyib. İddia edilir ki, ESD RA-20S radarı "Stormer Air Defence" özüyeriyən zenit qurğusuna 7000 m məsafədə düşmən qırıcısını müşayiət etməyə imkan verir (elektro-optik sistemlə bələdçilik).
Raketlərin buraxılması hədəfdən 6000 m-ə qədər məsafədə mümkündür, qarşılaşma nöqtəsi isə 4000 m məsafədədir (qırıcı-bombardmançı təyyarələr bu qədər aşağı səviyyədə uçmur). Əslində, "Stormer Air Defence"- Stinger DZRK-nin analoqudur. Ekipaj Rusiya zirehli texnikasının 30 mm-lik avtomatik topunun, hətta raket (artilleriya) mərmilərin atəşindən də qorunmur. Ukrayna TVD-də bir neçə onlarla "Stormer Air Defence" heç bir əhəmiyyət kəsb etmir.
Norveç Müdafiə Nazirliyi "Ukraynanın suverenliyini qorumaq üçün" Ukrayna Silahlı Qüvvələrinə yüzə yaxın Fransa istehsalı olan "Mistral" zenit-raket kompleksini verib. Kompleks alçaqdan uçan təyyarələri və helikopterləri məhv etmək üçün nəzərdə tutulub. Norveç ordusunda "Mistral"lar artıq silahlanmadan çıxarılıb.
"Mistral" raketinin avtomatik tuşlama başlığı reaktiv təyyarələri 6 km-ə qədər məsafədə, infraqırmızı şüalanmanı azaltmaq üçün qurğuları olan helikopterləri isə 4 km-ə qədər məsafədə tapmaq və izləmək qabiliyyətinə malikdir. Hədəf hündürlüyü 5-dən 3000 m-ə qədərdir, yəni mobil ZRK-nin "Buk" və ya S-300 zenit komplekslərini nəzərə almasaq, "Stinger" DZRK-nin xüsusiyyətlərindən uzaqdır.
Norveç hökuməti Ukraynaya 4000 tank əleyhinə raket və bir neçə növ müdafiə vasitəsini verib.
Texnoloji cəhətdən köhnəlmiş silah və texnikanı Kiyev rejiminə həmçinin İsveç, Danimarka, Finlandiya, Hollandiya, Almaniya və Baltikyanı ölkələr də tədarük edir.
Bu fonda sovet "Toçka-U" əməliyyat-taktiki raket sisteminin analoqu və 300 km-ə qədər uçuş məsafəsinə malik olan ABŞ-ın M142 "HIMARS" (High Mobility Artillery Rocket System) mobil kompleksi xüsusi yer tutur. Ancaq raketlərin tədarükü hələ də sual altındadır. Bu texnikanı mənimsəmək çətindir, Ukraynadakı Rusiya qoşunları üçün prioritet hədəfdir və ABŞ raketlərinin Rusiya infrastrukturuna hipotetik zərbə endirməsi isə Üçüncü Dünya müharibəsi üçün səbəbdir.
Dağıdıcı dinamika
"Tərəfdaşlar" Ukrayna ərazisindəki arsenalların metodik (gündəlik) məhv edilməsi ilə ümidsizliyə sürüklənirlər. Pentaqonun məlumatına görə, Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat başlayandan bəri USQ-nin obyektləri üzrə 1700-ə yaxın raket tətbiq ediblər (gündə 30-dan çox raket buraxılıb). Ballistik və qanadlı raketlərin ehtiyatlarının tükənməsindən söhbət belə getmir.
Aprelin 18-də, səhər saatlarında Rusiyanın Lvovdakı hərbi anbarlara raket zərbəsi endirməklə Ukrayna Silahlı Qüvvələrinin ABŞ, Almaniya və İngiltərəyə məxsus olan "Javelin", "PanzerFaust" və "NLAW" tank əleyhinə raketlərinin böyük ehtiyatından (onlarla ton) məhrum etdi. Bu arsenal Ukrayna qoşunlarına bir ay fəal hərbi əməliyyatlar aparmaq üçün yetərli olardı.
Aprelin 20-nə keçən gecə Rusiyanın əməliyyat-taktiki və ordu aviasiyası Ukraynanın 73 hərbi obyektini, o cümlədən 4 komanda məntəqəsini, 57 canlı qüvvənin və texnikanın toplandığı ərazini, 7 dayaq məntəqəsini və 4 silah-sursat anbarını məhv edib. Raket qoşunları və artilleriya Ukrayna Silahlı Qüvvələrinin 1053 obyektinə zərbələr endirib.
Xüsusi əməliyyatın 55 günü ərzində Rusiya qoşunları 140 təyyarə, 496 pilotsuz uçuş aparatı, 253 zenit-raket kompleksi, 2388 tank və digər zirehli döyüş texnikası, 256 reaktiv yaylım atəşi sistemi, 1029 sahə artilleriya qurğusu və o cümlədən 2232 ədəd xüsusi hərbi texnikasını tərksilah ediblər.
Nasist Kiyev rejiminin utilizasiyası davam edir. Rusiya Silahlı Qüvvələrinin Donbasdakı hücumu uğurla inkişaf edir.
Digər tərəfdən, ABŞ və NATO Ukraynaya verilən silahların dəqiq hara getdiyini bilmirlər. Ukrayna Silahlı Qüvvələrinin böyük itkiləri fonunda nədənsə Afrika ölkələrinə "həddindən artıq" silah ixracı artır. Ukrayna qanunvericiliyində hətta müharibə dövründə də artıq silah satışı üçün əsaslar var və Müdafiə Nazirliyi 970 səhifədə - tanklar, zirehli avtomobillər, avtomatlar, tüfənglər, qumbaralar və zirehlərin satışını həyata keçirtmək üçün "çeşid" hazırlayıb.
Optimallaşdırma məqsədilə Ukrayna Baş Qərargahı Qərbi Ukraynanın ərazi müdafiə bölmələrinin tərksilah edilməsini - bloklanmış məntəqələrdə yerləşən "Javelin", "NLAW", "Stinger" raket komplekslərinin ələ keçirilməsini tələb edib. Baş Qərargahın məlumatına görə, ərazi müdafiə dəstələri əldə edilən "Javelin" TƏİR-lərinin ümumi sayının 15%-nə, "NLAW" komplekslərinin ən azı 25%-nə və "Stinger" DZRK-lərin təxminən 10%-nə malikdir.
Ancaq Qalisiyanın tərksilah edilməsi nəticə vermədi, Qərbi Ukrayna "partizanları"nın rəhbərləri rəsmi olaraq belə əmlakın mövcud olmadığını bildiriblər. Oğurluq və təkrar satış Ukraynanın bir çox bölgələri üçün ənənəvi olan adi bir şeydir. Belə ki, İvano-Frankivsk vilayətində "sahibkarlar" zirehlərin, dəbilqələrin və digər hərbi texnikanın satış sxemini qurublar.
Uğursuz "Ukrayna layihəsi" fonunda dünən Almaniya kansleri Olaf Şoltsun Rusiya ordusunun qələbəsinin qarşısını almaq çağırışı səs-küy salıb. ABŞ və NATO-nun aqressiv geosiyasi istəkləri açıq şəkildə onların imkanları ilə uyğun gəlmir.
"Tərəfdaşlar" Rusiyanı və çoxqütblü dünyanı öz maraqlarına uyğunlaşdıra bilməyəcəklər. Və bu gün Plesetsk kosmodromundan ən yeni "Sarmat" DBR-nin buraxılması Qərbə bir daha Rusiyanın texnoloji və müdafiə üstünlüyünü xatırladır.
"Sarmat" raketi dünyanın ən güclü raketidir, 18 min km-ə qədər uçuş məsafəsi ilə, təxminən 10 ton faydalı yük daşıya bilir - bu, hər biri 800 kiloton olan 10 döyüş başlığıdır. Rusiya tarixi öyrədir ki, təcavüzkar planet qonşularının məsuliyyəti onların cəzasızlığının bitdiyi yerdə başlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
NATO-nun Ukraynada “dəmir axını”nın azaldılması: Rusiyanın məqsəd və vasitələri