RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

"Google" Rusiyada cərimələndi

Rusiyada keçirilən məhkəmə iclasında bu ölkənin silahlı qüvvələri haqqında yayılan əsassız məlumatlara görə şirkət 4 milyon rubl cərimələnib.
Sputnik
BAKI, 21 aprel — Sputnik. "Google" şirkəti "YouTube"da Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirilən xüsusi əməliyyat zamanı itkiləri və mülki əhalinin itkiləri ilə bağlı saxta məlumatların yayılmasına görə 4 milyon rubl cərimələnib. Bu barədə TASS xəbər verir.
Məhkəmə "Google"u Rusiya İnzibati Xətalar Məcəlləsinin müvafiq qanunları ilə təqsirli bilib. Şirkət 4 milyon rubl məbləğində cərimə edilib. Məhkəmə iclası "Google" nümayəndəsinin iştirakı olmadan keçirilib.
Məhkəmədə səslənən işin materiallarından məlum olub ki, "YouTube" portalında yerləşdirilən videolarda Rusiya hərbçiləri ilə Ukrayna SQ tərəfindən saxlanıldığı iddia edilən qohumlar arasında telefon danışıqlarının dinlənilməsi, böyük itkilər barədə məlumat verildiyi, habelə, videogörüntülərlə bağlı qeyri-dəqiq məlumatlar var.
Məhkəmə, həmçinin "YouTube"da Ukraynanın “Azov” alayının və Ukraynanın "Sağ sektor" neonasist qruplaşmasının (Rusiya Federasiyasında qadağan olunub), eləcə də digər qadağan olunmuş təşkilatların təbliğat materiallarını yaydığına görə "Google"u 7 milyon rubl cərimələyib.
Rusiya İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə "Google"un təqsirli bilinməsi və ona 7 milyon rubl cərimə kəsilməsi barədə məhkəmə tərəfindən qərar çıxarılıb.
Səbəb "YouTube"da Rusiya ərazisində terror aktları və təxribata çağıran videoların, “Azov” alayının rəsmi kanalının materiallarının və neonasist Ukrayna qruplarının digər materiallarının "YouTube"da dərc edilməsi olub. Daha əvvəl Baş Prokurorluq "Google"dan bu materialların silinməsini tələb etsə də, bu, həyata keçirilməyib.
2021-ci ildən Rusiya məhkəmələri xarici İT şirkətlərinə internetin Rusiya seqmentində qadağan olunmuş məzmunu silməkdən imtina etdiklərinə görə müntəzəm olaraq cərimələr tətbiq edirlər.
Bundan əvvəl, məhkəmə "Google"a Rusiya praktikasında ilk dəfə ölkədə qadağan olunmuş məlumatların sistematik şəkildə silinməməsinə görə 7,2 milyard rubl məbləğində dövriyyə cəriməsi təyin edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Facebook* və Instagram*ın Rusiyaya qayıtmaq imkanı görünmür - Puşkov