QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşa beynəlxalq konfransa hazırlaşır

Bu ay Şuşa şəhəri bir neçə əhəmiyyətli tədbirə ev sahibliyi edəcək.
Sputnik
BAKI, 21 aprel — Sputnik. "Güllələnmiş heykəllər"in alınması və Azərbaycana gətirilməsinə 500 min dollar xərclənib.
Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı qeyd edib.
Heykəllərin Gürcüstandan Azərbaycan hökumətinin səyləri nəticəsində geri alınmasını vurğulayan direktor onların artıq tarixi yerlərində olduğunu diqqətə çatdırıb. Bu heykəllərin Gürcüstanda metal kimi satılmasına cəhd belə olmuşdu. Lakin Azərbaycan və Gürcüstan hökumətlərinin köməyi ilə heykəlləri geri alması mümkün oldu. Artıq həmin heykəllər bərpa edilərək Şuşada öz tarixi yerlərinə qaytarılıb.
O, eyni zamanda, kilsələrdən 800 yaşı olan freskanın ermənilər tərəfindən oğurlanması faktını da diqqətə çatdırıb. 2020-ci ilin 23 dekabrında erməni keşiş müsahibəsi zamanı demişdi ki, kilsədəki 800 illik freskanı qoparıb Ermənistana aparıblar.
Sözügedən konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında bildirib ki, aprel ayının sonunda Şuşada beynəlxalq konfrans keçiriləcək.
Onun sözlərinə görə, beynəlxalq konfrans BMTM və ADA Universitetinin təşkilatçılığı ilə keçiriləcək.
Fərid Şəfiyev onu da qeyd edib ki, Şuşada yaxın aylarda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin iclası olacaq. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə dağıntıların miqyası çox dəhşətlidir. Əvvəlki illərdə biz sadəcə bu dəhşəti xüsusi uzaqdan idarəetmə vasitələri ilə müşahidə edirdiksə, bu gün hər şeyin əyani şəkildə şahidiyik. Bu ərazilərdəki dağıntıların miqyası çox dəhşətlidir.
O vurğulayıb ki, dünya praktikasındakı şəhərsalma ənənəsini Azərbaycan Qarabağdakı şəhərsalma məsələlərində tətbiq etməlidir: "Bu, yalnız infrastrukturun bərpası demək deyil. Eyni zamanda, yüksək keyfiyyətli şəhərsalma deməkdir. Dünya praktikasında şəhərsalmanın sürətli şəkildə həyata keçirilməsinin şahidiyik. Azərbaycan bu praktikanı örnək götürməlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Şuşa və Ağdama nə qədər adam səfər edib?