BAKI, 21 aprel — Sputnik. BMT-nin Baş katibi Antonio Quterreşin Ukraynada təcili atəşkəs tədbirləri ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə görüşməklə bağlı müraciətinə heç bir reaksiya verilməyib. Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Bundan əvvəl BMT-nin baş katibi Ukraynada atəşkəs üçün təcili tədbirlərlə bağlı Moskvada Vladimir Putinlə və Kiyevdə Vladimir Zelenski ilə görüş xahiş edib, onun müraciətləri Rusiya və Ukraynanın BMT-dəki nümayəndəliklərinə ötürülüb.
Kremlin məktubu alıb-almaması və hər hansı reaksiya olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov, Xarici İşlər Nazirliyi vasitəsilə belə müraciətlər daxil olduğunu, ancaq hələlik heç bir reaksiya verilmədiyini deyib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.