RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zaxarova: Ukrayna ilə danışıqlar davam edir

Rusiya XİN-in sözçüsü Rusiya və Ukrayna arasında danışıqların davam etdiyini, həmçinin gündəliyə daxil olan məsələləri açıqlayıb.
Sputnik
BAKI, 20 aprel — Sputnik. Rusiya-Ukrayna danışıqları davam edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Rusiya-Ukrayna danışıqları Ukraynadakı vəziyyətin nizamlanması və onun neytral, bloksuz qeyri-nüvə statusunun təmin edilməsi istiqamətində davam edir. Onların gündəliyinə demilitarizasiya və denasionalizasiya, rus dilinin rəsmi statusunun bərpası, müasir ərazi reallıqlarının tanınması məsələləri daxildir", - deyə Zaxarova bildirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin