BAKI, 20 aprel — Sputnik. Rusiya nizamlanma sənədi layihəsini Ukraynaya verib, lakin Kiyev reaksiya verməyə tələsmir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml sözçüsü vurğulayıb ki, Ukrayna tərəfi əvvəllər razılaşdırılmış mövqelərdən daim uzaqlaşır, onları daim dəyişir və bu, danışıqların effektivliyinə mənfi təsir göstərir.
"Bizim sənəd layihəsi Ukrayna tərəfinə təhvil verilib, orada tamamilə aydın ifadələr işlənib. İndi top onların tərəfindədir. Biz cavab gözləyirik", - Peskov əlavə edib.
O xatırladıb ki, Moskva dəfələrlə Kiyevin həll yolunun işlənib hazırlanmasını sürətləndirmək istəmədiyini qeyd edib və indi ukraynalılar danışıqlar prosesini intensivləşdirməyə böyük meyil göstərmirlər.
Xarici işlər naziri Sergey Lavrov aprelin 7-də deyib ki, danışıqlarda Kiyev nümayəndələri martın 29-da İstanbulda keçirilən görüşdə qeyd olunan ən mühüm müddəalardan kənara çıxma olan saziş layihəsini təhvil veriblər.
Xarici işlər nazirinin sözlərinə görə, Ukrayna Moskva ilə hərbi təlimlərin koordinasiya edilməsi zərurətini çıxardıb, həmçinin Krım və Sevastopolda təhlükəsizlik zəmanətlərinin verilməməsi ilə bağlı əvvəllər təklif edilmiş öhdəliklərin əvəzinə bəzi qeyri-müəyyən ifadələr tətbiq edib. Lavrov bəyan edib ki, Kiyev danışıqları gecikdirmək və ya pozmaq xəttini nümayiş etdirib.
Rusiya-Ukrayna danışıqları fevralın 28-də başlayıb və həm təkbətək, həm də videokonfrans formatında keçirilir. Sonuncu tur görüşü martın sonunda İstanbulda baş tutub.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin