AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda sel və daşqınlar gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, yaxın saatlarda şimal küləyi güclənəcək.
Sputnik
BAKI, 20 aprel - Sputnik. Azərbaycanın dağ çaylarında qısamüddətli daşqın və sel müşahidə ediləcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.
O, Report-a açıqlamasında deyib ki, əvvəldən xəbər verildiyi kimi bu gün axşam saatlarından başlayaraq aprelin 21-i gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.
"Şamaxı və Göygöldə yerləşən dopler radar məlumatlarına əsasən ölkənin şimal və qərb rayonlarında yağıntıların intensiv olması nəticəsində bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçməsi ehtimal olunur", - Tağıyeva bildirib.
Onun sözlərinə görə, yaxın saatlarda şimal küləyinin sürəti saniyədə 25-30, gecə saatlarında isə 33 metrədək güclənəcək. Bəzi rayonlarda da güclü külək müşahidə olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.