QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Ordusunun hərbçisi minaya düşüb

Azərbaycan Ordusunun hərbçisinin minaya düşməsi ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılıb.
Sputnik
BAKI, 20 aprel — Sputnik. Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.
Hadisə aprelin 19-da rayonun Ağcakənd kəndi istiqamətində qeydə alınıb.
Belə ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçu Ayxan Camalzadə minaya düşüb.
Xəsarət alan hərbçimiz hospitala yerləşdirilib.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
Bildirilib ki, faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, bu hadisəyə qədər aprel ayı ərzində Tərtər və Zəngilan rayonları ərazisində 1 nəfər mülki, 1 nəfər hərbçi olmaqla 2 nəfər mina partlayışından xəsarət alıb. Qeyd edək ki, bu ilin aprel ayının 9-da Tərtərdə mina partlayışı zamanı Goranboy rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Tərtər rayonu Həsənqaya kəndi ərazisində qoyun otararkən minaya düşüb. Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Ermənilər Kəlbəcərdə evlərə mina yerləşdirib: Sakinlər faciənin eşiyindən döndü