RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

ABŞ Ukraynada vəziyyəti hərbi eskalasiyaya doğru aparır

Münaqişənin daha da gərginləşməsindən kim faydalanır?
Sputnik
BAKI, 20 aprel — Sputnik. Hazırda ABŞ-ın Rusiya Federasiyası ilə Ukrayna arasındakı danışıqlara konstruktiv töhfə verə biləcəyi barədə danışmaq belə mümkün deyil. Vaşinqton açıq şəkildə münaqişənin hərbi eskalasiyası kursunu müəyyənləşdirib. Bu barədə RİA Novosti-yə Moskvadakı yüksək rütbəli diplomatik mənbə məlumat verib.
O, Vaşinqtonun Rusiya-Ukrayna danışıqlarına qoşulmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən, "Amerika rəsmiləri tərəfindən hər gün formalaşdırılan və təkrarlanan mövqeyi nəzərə alsaq, düşünürəm ki, hər hansı konstruktiv töhfəyə yer yoxdur" deyib.
"Birləşmiş Ştatlar birmənalı şəkildə Kiyev rejimini silahla gücləndirərək hərbi eskalasiyaya doğru irəliləyir. Ümumilikdə, hərbi xarakterli bəyanatlar, çox vaxt məsuliyyətsiz addımdır və öz növbəsində, ümumiyyətlə, bu barədə danışmaq üçün gərək olan siyasi mühit deyil", - agentliyin həmsöhbəti əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya MN Ukrayna hərbçilərinə təslim olmaq üçün vaxt verdi