SƏHİYYƏ

Aİ koronavirus sertifikatının vaxtını uzadacaq

Avropa İttifaqı koronavirusa qarşı peyvənd sertifikatlarından imtina etməyə hazır deyil.
Sputnik
BAKI, 20 aprel — Sputnik. Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, əksər dövlətlər COVID-19 ilə bağlı sanitar məhdudiyyətləri aradan qaldırsa da, Aİ rəqəmsal koronavirus sertifikatından hələ də imtina etmək fikrində deyil.
"Sertifikatların müddəti iyun ayında bitir. Biz onların uzadılmasını təklif etdik, çünki sonrakı aylarda, xüsusən də payızda epidemioloji vəziyyətin necə inkişaf edəcəyini bilmirik. Təcrübə göstərir ki, yeni ştammlar yarana bilər, ona görə də hazır olmaq, bu mühüm alətə sahib olmaq vacibdir. Hər zaman deyirik - ehtiyac qalmayan kimi bu sistemi ləğv edəcəyik, lakin hələ o mərhələyə çatmamışıq".
Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, "sertifikat uğur hekayəsinə çevrilib, Aİ daxilində təhlükəsiz səyahəti bərpa etməyə, turizm biznesini dəstəkləməyə imkan yaradıb. Ümumilikdə, təxminən 1,7 milyard belə sertifikat verilib. Onlar bütün dünya üçün nümunəyə çevrilib. Hazırda 60 ölkə və ərazi sistemə qoşulub".
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Avropa İttifaqında ötən ilin iyulundan elektron koronavirus sertifikatları sistemi fəaliyyət göstərir. Sənəd tam peyvənd, mənfi PCR testi, həmçinin, xəstəlikdən sağalma faktı olduqda verilir. Sertifikat sistemi ilkin olaraq bir il müddətinə tətbiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
DÜNYA XƏBƏRLƏRİ
Böyük Britaniya ölkəyə bütün gələnlər üçün PCR test tətbiq edəcək