CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On səkkiz gün əvvəl itkin düşən tələbə tapılıb

Bakı Mühəndislik Universitetinin 18 gün əvvəl itkin düşmüş tələbəsinin sevdiyi şəxslə Masallıya getdiyi bildirilir.
Sputnik
BAKI, 19 aprel — Sputnik. Bakı Mühəndislik Universitetinin 18 gün əvvəl itkin düşən tələbəsi tapılıb.
Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib ki, Lamiyə Binnətovanın yaxınları universitetlə əlaqə saxlayaraq onun tapıldığını bildiriblər.
Lamiyə Binnətovanın hansı səbəbdən itkin düşməsi ilə bağlı əlavə məlumat verilməyib. Qeyd edək ki, sosial platformada Lamiyənin sevdiyi şəxslə Masallıya getdiyi bildirilir.
***
Abşeronda itkin düşən gənc qız axtarılır. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat verilib.
Qeyd olunub ki, Xırdalanda yerləşən Bakı Mühəndislik Universitetinin IV kurs tələbəsi Lamiyə Binnətova itkin düşüb. Bildirilib ki, o, aprelin 1-i universitetdən çıxıb və naməlum istiqamətdə gedərək geri qayıtmayıb. Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.
BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, həmin gün Memarlıq və İnşaat fakültəsinin 3-cü kurs tələbəsi olan Lamiyə Binnətova saat 16:50-də müəllimindən icazə alaraq dərsdən çıxıb. Onun sözlərinə görə, itkin düşən tələbən aprelin 1-dən dərslərdə iştirak etməyib:
"Tələbə dərsdən çıxdıqdan sonra universitet ərazisini tərk edib və geri qayıtmayıb. Bununla bağlı onun valideynlərinə və aidiyyəti üzrə polisə məlumat verilib. Əlavə olaraq qeyd edə bilərəm ki, L.Binnətova universitetin nümunəvi tələbələrindəndir, davamiyyəti və qiymətləri yaxşı olub".
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Dillər Universitetinin tələbəsi Əsədulla Cəfərovun itkin düşdüyü barədə məlumat yayılmışdı. Onun təhsil haqqının ödənişi ilə bağlı çətinlik çəkdiyi bildirilirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.