BAKI, 19 aprel — Sputnik. Rusiya Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı bəyanat yayıb.
Bildirilib ki, Rusiya tərəfi Mariupoldakı "Azovstal" zavodunda yerləşən batalyonlara və muzdlulara Moskva vaxtı ilə saat 12:00-da döyüşləri dayandırıb təslim olmağı təklif edir:
"Rusiya təslim olmuş şəxslərin həyatına və onlara qarşı Cenevrə Konvensiyasına uyğun davranılacağına zəmanət verir. Ukrayna Odessa vilayətində kütləvi qırğınla müşahidə olunacaq təxribat hazırlayır. Bu hədisə də rusiyalı hərbçiləri günahlandırmaq məqsədilə edilir".
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.