QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Moskva, Bakı və Yerevan arasında təmasları intensivləşdirmək barədə razılıq əldə olunub

Kremlin yaydığı sənəddə Rusiya-Ermənistan parlamentlərarası dialoqun davam etdirilməsi, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsi qeyd olunub.
Sputnik
BAKI, 19 aprel - Sputnik. Vladimir Putin və Nikol Paşinyan Novo-Oqoryovoda keçirilən görüşdə iki ölkə arsında hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd ediblər. Kremlin saytında yayılan birgə bəyanatda deyilir ki, görüş zamanı müxtəlif səviyyələrdə ikitərəfli xarici siyasət məsləhətləşmələri praktikasının faydalılığı təsdiqlənib.
"Rusiya-Ermənistan parlamentlərarası intensiv dialoqun davam etdirilməsi tələbi vurğulanıb. Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib".
Bundan əlavə, tərəflər Azərbaycan və Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək məqsədilə Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın intensivləşdirilməsi barədə razılığa gəliblər.
"Paşinyan həmçinin Vladimir Putini KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci ilin ikinci yarısında keçiriləcək sessiyası ilə bağlı Yerevana səfərə dəvət edib və dəvət qəbul edilib", deyə Kremlin yaydığı sənəddə bildirilir.
Putin və Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin başlanmasını alqışlayıblar:
“Putin və Paşinyan Rusiyanın yardımı ilə başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayıblar”, - deyə Kremlin məlumatında bildirilir.
Bəyanatda o da bildirilir ki, Rusiya və Ermənistan öz ərazilərini biotəhlükəsizlik sahəsində bir-birinin maraqlarına zidd istifadə üçün üçüncü ölkələrə verməyəcək:
"Liderlər Moskva və İrəvan arasında bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində, o cümlədən bu məsələlər üzrə 2021-ci il 6 may tarixli anlaşma memorandumu əsasında əldə edilmiş razılaşmaların gələcəkdə də həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Təsdiq edilib ki, hər iki dövlətin əraziləri biotəhlükəsizlik sahəsində bir-birinin maraqlarına qarşı yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi məqsədilə üçüncü ölkələrin istifadəsinə verilməyəcək”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Hər iki tərəfin razılaşmalara riayət etməsi mühüm əhəmiyyət kəsb edir - İlham Əliyev