Mətbuat mərkəzi

Əlillərin sosial reabilitasiyası hansı vəziyyətdədir? Mütəxəssislər nə düşünür?

Ekspertlər Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları, fiziki məhdudiyyətli insanların inklüziv və inteqrativ təhsil imkanları və digər məsələlərə toxunacaqlar.
Sputnik
BAKI, 19 aprel — Sputnik. Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda əlillərin problemləri aktual olaraq qalır. Çox vaxt belə insanlar anlaşılmazlıqdan, laqeydlikdən, bəzən isə başqalarının aqressiyasından əziyyət çəkirlər. Onlar demək olar ki, cəmiyyətin əsas hissəsindən təcrid olunmuş vəziyyətdə yaşayırlar.
Ölkədə əlillərin sosial uyğunlaşdırılması, ilk növbədə problemlərinin həlli istiqamətində xeyli işlər görülür. Azərbaycanda əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması və inkişafı istiqamətində konkret işlər aparılır. Azərbaycanda qəbul edilmiş "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun fiziki məhdudiyyətli insanlara, o cümlədən inklüziv və inteqrativ təhsil imkanı, adi təhsil müəssisələrində təhsil almaq hüququ verir. "İdman və bədən tərbiyəsi haqqında" qanunun bəndləri də əlilliyi olan şəxslərə şamil edilib.
Azərbaycanda əlillərin sosial uyğunlaşması ilə bağlı hansı praktiki vəzifələrin həll olunduğu barədə aprelin 20-də saat 11:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında müzakirə olunacaq:
Əlillər Təşkilatları Birliyinin sədri Davud Rəhimli,
"Əlillərə Sosial Dəstək" İctimai Birliyinin sədri Təranə Musayeva.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.