BAKI, 19 aprel — Sputnik. Son günlər ölkə ərazisində cənub küləyi fonunda hava şəraiti mülayim, əsasən yağmursuz keçir. Havanın temperaturu normadan 2-4,5° yüksək olub.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, gün ərzində sabit hava şəraiti davam edəcək: "Lakin cənub-qərb küləyi arabir güclənəcək, aprelin 20-də isə şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam və 21-də güclənəcək.
Bölgələrdə aprelin 20-si gündüzdən 22-dək hava arabir yağıntılı olacaq. Əsasən şimal və qərb rayonlarında intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək". (Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.