AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 817 nəfərin 612-sinin istifadəçi olması müəyyən olunub.
Sputnik
BAKI, 19 aprel — Sputnik. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 18 526 nəfər istiqamətləndirilib.
Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində 69 milyon 778 manatlıq narkotik maddə dövriyyədən çıxarılıb.
Bildirilib ki, 2022-ci ilin 3 ayı ərzində qanunsuz dövriyyədən götürülən 1 ton 880 kq 474,692 qr, narkotik vasitə və psixotrop maddələrin ümumilikdə dəyəri 69 milyon 778 min AZN (41 milyon ABŞ dolları) kimi qiymətləndirilir.
Xatırladaq ki, ötən il narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 9 033 nəfərdən 1 838-nin istifadəçi olması müəyyən edilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.