BAKI, 19 aprel — Sputnik. Su anbarlarında balığın azalmasına baxmayaraq, Azərbaycanda bazar rəflərində o, bolluq təşkil edərək çeşidi ilə istehlakçıları cəlb edir. Bakıda hansı balıq növünü seçə bilərsiniz, bu barədə Sputnik Azərbaycan-ın foto lentinə baxın.
Azərbaycanın təbii su anbarlarında balıq ehtiyatı, ekspertlərin fikrincə, son 20-30 ildə on dəfədən çox azalıb. Xəzərdəki çətin ekoloji vəziyyət Xəzəryanı ölkələri hər il mövsümi balıq ovuna moratorium, bəzi yerlərdə hətta nərə balıqlarının ovuna tam qadağa qoymağa məcbur edir.
Lakin bütün bunlara baxmayaraq, Bakı bazarları alıcıları balıq seçimi ilə sevindirir. Bu isə, həm ölkədaxili balıqçılığın inkişafı, həm də qonşu ölkələrdən balıq məhsullarının ixracı ilə bağlıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.