BAKI, 18 aprel — Sputnik. Sumqayıt Dövlət Universiteti tələbənin bıçaqlanması ilə bağlı məsələyə münasibət bildirib.
APA xəbər verir ki, Universitetin mətbuat katibi Nazxanım Cəlilli Universitetin qarşısında tələbənin bıçaqlanması ilə bağlı məsələyə münasibət bildirirərək deyib ki, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar:
“Məlum hadisə isə aprelin14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib. Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi Əliyeva Aydan Rövşən qızı aprelin 14-də istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanıb. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. Tələbə Əliyeva Aydan Rövşən qızı nümunəvi tələbələrdən biridir. Hazırda vəziyyəti qənaətbəxşdir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.