RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskovdan xüsusi əməliyyatın gedişatı ilə bağlı açıqlama

RF prezidentinin mətbuat katibi Qərbin sanksiyalarına qarşı hökumətin cavab tədbirləri planlaşdırdığını açıqlayıb.
Sputnik
BAKI, 18 aprel — Sputnik. Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı plana uyğun gedir. "RİA Novosti" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Xüsusi hərbi əməliyyat davam edir. Prezident bu yaxınlarda kosmodromda olarkən dedi ki, plan üzrə gedir. Eyni zamanda, həqiqətən də, danışıqlar prosesi çərçivəsində ekspertlər səviyyəsində təmaslar davam edir. Kreml hələ Ukrayna ilə danışıqlarda müzakirə olunan məqamları açıqlamaq istəmir", - deyə Peskov açıqlayıb.
Mətbuat katibi bildirib ki, Rusiyanın Qərbin sanksiyalarına cavabı hökumətdə, onun qərargahında formalaşdırılıb və işlənib hazırlanıb, ona görə də biz oradan məlumat gözləyəcəyik:
"Hər halda, biz dəfələrlə demişik ki, cavab tədbirləri elə bizim maraqlara uyğun olacaq şəkildə tərtib olunacaq".
Məsələnin bu gün keçiriləcək iclasda qaldırılıb-qaldırılmayacağı barədə danışan Peskov deyib ki, onun məlumatına görə, kimsə tərəfindən gündəmə gətirilməsə, bu, planlaşdırılmayıb.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin sosial-iqtisadi məsələlərlə bağlı iclas keçirəcək. İclas Moskva vaxtı ilə saat 15.00-dan sonra videokonfrans formatında keçiriləcək.
Tədbirdə Rusiyanın baş naziri Mixail Mişustin, Kreml aparatının rəhbəri Anton Vayno, baş nazirin müavini Andrey Belousov, prezidentin köməkçisi Maksim Oreşkin, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, maliyyə naziri Anton Siluanov və Mərkəzi Bankın sədri Elvira Nabiullina iştirak edəcək.
Peskov Rusiya Müdafiə Nazirliyinə Xerson vilayəti ilə Krım arasında ticarət əməkdaşlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı suala cavabında deyib ki, ora xüsusi hərbi əməliyyat zonasıdır:
"Vətəndaşların gediş-gəlişinin necə tənzimlənməsi isə Rusiya Müdafiə Nazirliyinə aid sualdır. Təbii ki, burada bir sıra məhdudiyyətlər var".
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Ukraynanın törədəcəyi təxribat barədə xəbərdarlıq etdi