CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistlərin iqtisadi müstəqilliyinə dəstək göstəriləcək - Təklif hazırlandı

MEDİA-nın verdiyi təkliflə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb
Sputnik
BAKI, 18 aprel — Sputnik. "Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasının əsas istiqamətlərindən biri də jurnalistlərin iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəstəyin göstərilməsidir".
Bunu MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib.
Onun sözlərinə görə, bununla bağlı MEDİA tərəfindən bir sıra təkliflər hazırlanıb: "Hazırda təkliflərlə bağlı aidiyyəti strukturlar tərəfindən araşdırma aparılmaqdadır".
Qeyd edək ki, Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamlarına əsasən jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün üç bina inşa olunub. Jurnalistlər üçün tikilən 3-cü binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.