Cümə günü Qüdsdəki Əl-Əqsa məscidinin ərazisində və onun kənarında ərəb əhali ilə İsrail təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, qurbanların sayı 250 nəfəri keçib. Eyni zamanda, ən azı üç İsrail polisi yaralanıb.
Əl-Əqsa məscidinin imamı Şeyx Əkrəm Səbri Əl-Cəzirə telekanalına deyib ki, aprelin 15-də Məbəd dağında baş verən qarşıdurmaların səbəbi İsrail təhlükəsizlik qüvvələrinin dəstəklədiyi yəhudi mühacirlər tərəfindən edilən təxribat olub. İsrail təhlükəsizlik qüvvələri ən azı 400 nəfəri həbs edib.
Fələstinin WAFA agentliyi İsrail polisinin xüsusi avadanlıqdan istifadə etməsindən sonra 153 ərəbin tibbi yardıma ehtiyacı olduğunu, azı 30 yoldan keçənin rezin güllə yarası ilə xəstəxanalara aparıldığını bildirib. İsraillilər arasında da ən azı səkkiz yaralı var.